Korporativ müştərilərlə iş "Smart Holiday” turizm şirkətinin ayrı xidmət seqmentidir. Bu istiqamətə əməkdaşlar və müştəri şirkətlərin tərəfdaşları üçün istirahətin, işgüzar görüşlәrin, sərgilərin, konfransların və digər tədbirlərin təşkili üzrə xidmət daxildir.
"Smart Holiday” – bu ilk növbədə səfərlərin təşkili zamanı yüksək keyfiyyət standartları deməkdir. Bu istiqamətdə çoxillik təcrübə işgüzar görüşlərin dəqiq qrafikini ən yaxşı mehmanxanalarda nəfis istirahət və rahatlıqla birləşdirmək imkanı yaradır. "Smart Holiday” turoperatoruna müraciət edən korporativ müştəri aşağıdakıları əldə edir Keyfiyyətli xidmət; Fərdi yanaşma; Sərfəli qiymətlər; Komfortla keçirilmiş unudulmaz vaxt.Korporativ müştərilər üçün xidmətlər.Turizm operatoru "Smart Holiday” korporativ müştərilərə növbəti xidmət növlərini təqdim edir: Biletlərin sifarişi, mehmanxanalarda nömrələrin, işgüzar görüşlər üçün zalların qabaqcadan sifarişi, qidalanma, daşımaların təşkili də daxil olmaqla, korporativ səfərlərin tam təşkilini;Vizaların rəsmiləşdirilməsində köməklik; Müxtəlif növ sığortaların rəsmiləşdirilməsində köməklik; Həm personal, həm də şirkətin rəhbərləri üçün müxtəlif müddətlərə ezamiyyətlərin təşkili; Müştərinin şəxsi qrafikini nəzərə almaqla, hər növ əyləncəli tədbirlərin planlaşdırılması; Hava limanından mehmanxanaya, eləcə də dünyanın müxtəlif yerlərinə transfer; Korporativ müştərilərin ehtiyacları üçün avtonəqliyyatın icarəsi; Müştəri üçün fərdi olaraq hazırlanmış proqramlar üzrə səyahətlərin və korporativ istirahətin təşkili; Sərgilər, kütləvi tamaşalar, olimpiadalar və s. kimi konkret tədbirləri ziyarət etmək üçün səfərlərin təşkili. "Smart Holiday”-lə əməkdaşlığın üstünlükləri Öz əməkdaşlarına yuxarıda təsvir edilmiş xidmətlərin təqdim edilməsi üçün "Smart Holiday” şirkətinə müraciət edən hər hansı sahibkar və ya hüquqi şəxs turoperatorun korporativ müştərisi ola bilər. \r\n Şübhəsiz ki, əgər bir qrup insanın işgüzar məqsədlər və ya istirahət üçün xaricə səfəri planlaşdırılırsa, bu səfərə əsaslı surətdə hazırlaşmaq lazımdır. Müstəqil olaraq, qrup səfərlərinin təşkil edilməsi sahəsində təcrübəyə və biliklərə sahib olmadan, bir çox səhvə yol vermək mümkündür. Son nəticədə yalnız xoş təəssüratlar vəd edən bahalı istirahət əsil baş ağrısına çevrilə, investorlarla vacib görüş və ya sərgi isə müvəffəqiyyətsizliyə uğraya bilər. Beləliklə də bu qayğıları mütəxəssislərə etibar etmək mümkün olduğu halda, insanların rahatlığı və əhəmiyyətli tədbirin keçirilməsinin uğuru ilə risk etməyə dəyməz.Ən gərgin işgüzar səfər zamanı da maksimum komfortdan yararlanmağa çalışın. Biletlərin rəsmiləşdirilməsi, tabelikdə olan işçilərin və ya əməkdaşların yerləşdirilməsi və transferi kimi qayğıları bir kənara qoyaraq , özünüzü tamamilə qarşınıza qoyulmuş məqsədə həsr edə bilərsiniz. 100% istirahət edin, yerdə qalanların qayğısına "Smart Holiday” qalacaq. Əməkdaşlıq.Ən yaxşı turoperatorlardan biri olan "Smart Holiday” şirkəti ilə əməkdaşlıq bir çox səbəblərə görə sərfəlidir. VİP-müştərilərə göstərilən xidmətlərdən savayı, "Smart Holiday”-in çoxsaylı işçi ştatı olan fərdi sahibkarlar və şirkətlərlə çalışan korporativ şöbəsi də fəaliyyət göstərir. Bu əməkdaşlıq birdəfəlik xidmət təqdim edilməsindən əlverişli şərtləri, çevik güzəşt sistemi, eləcə də korporativ müştərinin bütün arzularına sürətli reaksiyası ilə fərqlənir. "Smart Holiday” turoperatoru ilə Müqavilə imzalamış şirkətlər, artıq bu gün tərkibinə əlavə bonuslar daxil edən tam xidmət kompleksindən istifadə edir. Korporativ müştərilərin xidmətlərinə aşağıdakılar daxildir:Biletlərin pulsuz bron edilməsi. "Smart Holiday” şirkətinin korporativ müştəriləri hava daşımaları ilə məşğul olan xarici şirkətin təyyarəsində aviareys üçün qabaqcadan bilet sifariş edə bilər;Biletlərin və digər sənədlərin təyinat yerinə pulsuz çatdırılması;Azərbaycanın iri yaşayış məntəqələrində müxtəlif çeşidli nəqliyyat xidmətləri; Azәrbaycanın, eləcə də MDB ölkələrinin və Baltikyanı ölkələrin ən yaxşı mehmanxana şəbəkələrində nömrələrin bron edilməsi; Dünyanın 150 ölkələrindən birində lazımi nömrələrin bir neçə dəqiqə ərzində bron etmək imkanı; Azərbaycanın və MDB ölkələrinin hava limanlarında qarşılanma və VİP xidmətlərin göstərilməsi; \r\n Mürəkkəblik səviyyəsindən və formatından asılı olmayaraq, korporativ bayram tədbirlərinin, konfransların, səfərlərin və s. təşkil edilməsi; Qruplar və ayrı-ayrı şəxslər üçün bələdçi xidmətləri; Xaricə səfərlə əlaqədar sığortalamanın rəsmiləşdirilməsi."Smart Holiday” şirkəti korporativ istirahətin təşkili ilə də məşğul olur. Bu isə o deməkdir ki, müştərinin ehtiyacları və maraqlarına uyğun olaraq ona maraqlı ekskursiya və tədbirlər planı təqdim olunacaqdır.Şirkətimiz hər an dünyanın ən yaxşı kurortlarına, iri işgüzar mərkəzlərə, moda və incəsənət paytaxtlarına səfər edə bilər. "Smart Holiday” şirkəti hər bir müştəri ilə ayrı-ayrılıqda çalışır, bu səbəbdən də şirkətimizin mütəxəssisləri müştərinin hər bir arzusuna çevik və operativ reaksiya verir.Yuxarıda təsvir edilmiş xidmətlərdən əlavə, korporativ müştərilər "Smart Holiday”-in əməkdaşlarının həssas diqqətinə arxayın ola bilərlər. Bu həm də o deməkdir ki, "Smart Holiday” turoperatoru ilə əməkdaşlığın yeni istiqamətlərini aşkar edən bütün arzular imkan dairəsində yerinə yetiriləcəkdir.