Çap versiyası


 

Incoming

Hörmətli turistlər!

 “Smart Holiday” turizm şirkəti sizi salamlayır!

Olduğunuz ölkədə səfəriniz üçün faydalı olan qısa məlumatla tanış olun!

AVİADAŞIMALAR: Beynəlxalq aviadaşıma qaydalarına müvafiq olaraq, turist aviareys qeydiyyatından keçəmək üçün elektron aviabiletdə göstərilən vaxtdan ən az 3 saat əvvəl hava limanı binasına gəlməlidir. Elektron bilet – bu həm sərnişinlərin, həm də aviasiya daşıyıcılarının rahatlığına istiqamətlənmiş yeni müasir xidmətdir. Bütün qabaqcıl beynəlxalq avia şirkətlərdə elektron aviabiletlərdən istifadə təcrübəsi mövcuddur. Elektron bilet funksional olaraq adət etdiyimiz kağız biletdən heç nə ilə fərqlənmir. Faktiki olaraq sərnişin sadəcə olaraq əlinə kiçik bir kağız parçası, həyata keçirilmiş satınalmanı təsdiq edən adi printerdə çap edilmiş marşrut arayışını alır. Elektron biletin əsas üstünlüyü onun itirilmə təhlükəsinin və ya yaddan çıxıb evdə qalma ehtimalının olmamasıdır. Sərnişin avia bileti özü ilə gəzdirmək zərurətindən azad olur. Yeganə görüləcək iş – vaxtında hava limanına çatmaqdır. Sərnişin qeydiyyat şöbəsinə yaxınlaşaraq adını, reysin nömrəsini deyir və pasportunu təqdim edir. Bundan sonra ona enmə talonu verilir. Sərnişin barədə bütün məlumat avia şirkətin kompüter məlumat bazasında olduğundan ondan başqa heç nə tələb edilmir. Uçuşa 40 dəqiqə qalmış qeydiyyat başa çatır.      

PASPORT: Pasportun qüvvədə olmasına görə məsuliyyəti turist daşıyır. Pasportun qüvvədə olma müddətini, qüvvədə olma qeydlərinin uyğunluğunu, şəkildə möhürün olmasını və onun vəziyyətini, o cümlədən uşaqların göstərildiyi səhifədə düzəlişlərin və silinmələrin olmamasını yoxlayın. Həddi-buluğa çatmamış şəxslər xaricə, bir qayda olaraq, heç olmasa valideynlərdən, övladlığa götürənlərdən, qəyyumlardan və ya  himayəçilərdən biri ilə birlikdə gedir. Müşayiətçi olmadan səfərə çıxanların üstündə pasport və sadalanan şəxslərin notarial qaydada təsdiq edilmiş səfərə razılığı olmalıdır. Həmin razılıqda səfərin müddəti və səyahət ediləcək Ölkə (Ölkələr) qeyd edilir. Həddi-buluğa çatmamış şəxsin müşayiətçisində səlahiyyətli orqanların tələbilə təqdim edilməli olan uşağın doğum haqqında şəhadətnaməsi və ya onun notarial qaydada təsdiq edilmiş surəti olmalıdır. Həddi-buluğa çatmamış uşağı, yaşı 18-ə çatmayıbsa, valideynlərin pasportuna da yazdırmaq olar. Uşaq haqqında qeyd valideynin pasportunun mətninə daxildirsə, uşağın şəkli, valideynlərin pasportunda olmalıdır və yaxud onun valideynlərin ərizəsinə əsasən səlahiyyətli orqanlar tərəfindən rəsmiləşdirilən xarici pasportu olmalıdır. 18 yaşına çatmış uşaqların şəxsi pasportu olmalıdır.

MEHMANXANA: Beynəlxalq mehmanxanaların çoxunda yerləşdirilmək üçün gözlənilməyən xərclər nəzərə alınmaqla 1 nömrə üçün 200-dən başlayan məbləğdə depozit tələb edilir. Bu depozit şəxsi hesablarınız – minibar, telefon, içkilər və s. üzrə hesablaşarkən mehmanxanada xərclədiyiniz məbləğ çıxılmaqla oranı tərk etdiyiniz gün sizə qaytarılır.

Mehmanxanaların çoxunda, masaj və su idman növlərindən başqa, trenajor zalı, sauna, buxarxana, hovuz kimi xidmətlərdən istifadə pulsuzdur. Bütün mehmanxanalarda hesablaşma vaxtı saat 12:00-dır!

YERLİ VALYUTA: Manat, 1=0.7887 manatdır. Pulları valyuta dəyişmə məntəqələrində dəyişdirmək olar (exchange).



Ən yaxşı təkliflər

Otel Gecələrin sayı Qiyməti
Bakı            5 250 $
Paris            7 400 $
Milan            5 315 $
Krik            5 300 $
Madrid            5 365 $
Antaliya            7 220 $
Kipr            7 385 $
Kuş adası            7 210 $
Bodrum            7 250 $